hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Azərbaycanda pulsuz çimərlik arzusu: Bu il də baş tutmayacaq

Azərbaycanda pulsuz çimərlik arzusu: Bu il də baş tutmayacaq

Azərbaycanda ictimai çimərliklərin sayı azalıb. 

Sayı azalan çimərliklər isə həddən artıq çirklənməyə məruz qalıb. Çirkab sularının dənizə axıdılması və ərazini bürüyən üfunət qoxusu, sahilboyu zibil qutularının olmaması və s. problemlər var. 

Bu problemləri nəzərə alan sakinlər pullu çimərliklərə getməyə məcbur qalır ki, bu da hər kəsin cibinə uyğun deyil. Üstəlik təbiətin yaratdığı dənizdən kimlərinsə şəxsi mülkü kimi istifadə edərək girişi pullu etməsi narazılıqları artırır.  

Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqlərə başlayıb. Qurum çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmət səviyyəsini müəyyən edəcək. Daha sonra monitorinqin nəticələrini dövlət strukturlarına təqdim olunacaq. 

Agentliyin açıqlamasına görə, ümumi vəziyyətə dair nəticələr və nəticələrdən asılı olaraq təkliflərin hazırlanması yayın sonuna planlaşdırılıb.  Deməli, bu mövsümdə də çimərliklər pulsuz olmayacaq.  Pullu çimərliklər isə istədikləri qiymət və xidmətlərlə fəaliyyətini davam etdirəcək. 

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Cebhe.info-ya açıqlamasında deyib ki, qurum ötən il yarandığı üçün bu ildən çimərliklərdə monitorinqlərə başlayıb:

“Bu il monitorinq aparırıq ki, gələn il ediləcək işləri planlaşdırılsın. Keçən il yaradılmış təşkilatıq. Bu fakt ilk yay mövsümüdür ki, struktur olaraq fəaliyyət göstəririk. İlk fəaliyyətimizdə isə monitorinqə başlamışıq ki, vəziyyəti öyrənək və növbəti illər üçün təkliflər planını hazırlayaq. Daha sonra bu təklifləri müvafiq strukturlara ünvanlayaq. Əslində, yayın sonuna elə də çox müddət qalmayıb. Biz keyfiyyətli iş görmək istəyirik deyə bütün mövsüm boyu fəaliyyətə baxacağıq. Bu, kompleksli yanaşmadır”. 

Qurum rəsmisi onu da əlavə edib ki, monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək. Əsas məqsəd insanların çimərliklərə pulsuz girişini təmin etmək və özəl çimərliklərin sayını azaltmaqdır. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1585