hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Azərbaycanda pulsuz tibbi xidmətlərin sayı artırılır - SİYAHI

Azərbaycanda pulsuz tibbi xidmətlərin sayı artırılır - SİYAHI

“Hazırda icbari tibbi sığortanın xidmətlər zərfi 2550-dən çox tibbi xidməti özündə əks etdirir. Xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi üzərində işlər gedir”.

Cebhe.info xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, hər il xidmətlər zərfi üzərində ciddi dəyişikliklər edilməsi nəzərdə tutulur:

“Bu il üçün müvafiq qurumlara təqdim etdiyimiz xidmətlər zərfində mövcud olan tibbi xidmətlərin sayının artırılması planlaşdırılır. Bildiyiniz kimi zərfə 300-dən çox yeni tibbi xidmətlərin əlavə edilməsi nəzərdə tutulub. Xidmətlərin əlavə edilməsinə ehtiyac vətəndaşların müraciətləri əsasında formalaşır”.

Agentlik rəsmisi qeyd edib ki, tibbi xidmətlər zərfinə əlavə ediləcək yeni siyahıya yüksək ölüm riski yaradan və əlilliyə səbəb ola biləcək bir çox xəstəliklər daxildir:

Tam siyahı ilə buradan tanış oa bilərsiniz:

https://its.gov.az/files/9/XidmetlerZerfi.pdf

Cebhe.info


Oxunma sayı: 870