hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Azərbaycanda qadın məsələləri müzakirə olundu - FOTO

Azərbaycanda qadın məsələləri müzakirə olundu - FOTO

5 martda Polis Akademiyasında Azərbaycanda qadın hüquqları sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri, ictimai fəallarla görüş keçirilib.

Görüşün əsas məqsədi gender əsaslı zorakılığın qarşısının alınmasında iştirakı olan müxtəlif tərəflərin- hüquq müdafiəçiləri, QHT-lər, ictimai fəalların bir araya gələrək, mövcud vəziyyətlə bağlı dinləmə keçriməsi idi. Görüşdə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsindəki qanunvericlik, mövcud vəziyyət, qarşıya çıxan problemlər, təşkilat və ictimai fəalları narahat edən məsələlər müzakirə olunub, təkliflər dinlənilib.

Cebhe.info xəbər verir ki, görüşün təşəbbüskarı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi olub. Daxili İşlər Nazirliyi də bu məsələdə təşkilatın təşəbbüsünə dəstək verib. Müzakirələrdə “Təmiz Dünya” İB-nin rəhbəri Mehriban Zeynalova moderatorluq edib. Təşkilat 2004-cü ildən etibarən insan alveri, gender əsaslı zorakılıq, məişət zorakılığ sahəsində müxtəlif fəaliyyətlərin həyata keçirlməsi üçün belə təşəbbüslərlə DİN -ə müraciət edib və təşəbbüsləri dəstəklənib. Budəfəki tədbirin də niyyəti məhz bütün tərəflərin iştirakını təmin etməklə vəziyyəti qiymətləndirmək idi. Tədbirdə gender əsaslı zorakılıqla bağlı dövlət və QHT-lərin gender əsaslı zorakılıqdan zərərçəkmişlərin statsitikası, xidmət paketləri, xidmətə əlçatanlılıq məsələləri diqqətdə idi. Tədbirdə məişət zorakılığına qarşı mübarizədə DİN-in 102 Xidməti-Zəng Mərkəzinin rolu barədə mərkəzin rəisi Aygün Hümbətova məlumat verib.

İnsan alveri, o cümlədən qadın və uşaq alverinə qarşı mübarizədə görülmüş işlər barədə DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Araz Babayev danışıb. İdarənin nəzdindəki “Qaynar xətt” Xidmətinin direktoru Günay İbrahimova qadınlara qarşı məişət zorakılığının qarşısının alınması sahəsində daxili işlər orqanlarının gördüyü işlər barədə məlumat verib. Müzakirələrdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Kübra Ələkbərova, Zenfira Mustafayeva, Səidə Qocamanlı, Kəmalə Ağazadə, ictimai fəallar Rəbiyyə Məmmədova, Aysel Ələkbərzadə iştirak edib. Bütün iştirakçılar üçün öz fikrini bildirmək, çıxış etmək imkanı yaradılıb, qarşılıqlı müzakirələr aparılıb, təkliflər verilib. Təkliflərin ümumiləşdirilərək əlaqədar qurumlara təqdim ediləcəyi bildirilib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 386