t Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslərin sayı artıb
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslərin sayı artıb

Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslərin sayı artıb

2019-cu ildə Azərbaycanda qeydiyyata alınan hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,2 faiz artıb. 

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,8 faizdən 89 faizə yüksəlib.

Vergilər Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, 2019-cu ildən tətbiq olunan elektron qeydiyyat ilə (fin kod+mobil nömrə) 955 hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Başqa sözlə, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin illik qeydiyyatının 8,6 faizinin yeni üsulla aparılması təmin olunub.

2019-cu ilin son yeddi ayında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər üzrə elektron qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub. Dekabr ayında isə bu göstərici 91,6 faiz təşkil edib.

2020-ci ilin 1 yanvar tarixinə 167 publik hüquqi şəxs dövlət qeydiyyatında olub. 2020-ci il yanvarın 1-dək 14 min 388 xarici investisiyalı kommersiya qurumu qeydiyyata alınıb. Onlardan 784-ü və ya 5,4 faizi ləğv edilib. Hazırda qeydiyyatda olan 13 min 604 xarici investisiyalı kommersiya qurumundan 2 min 753-ü müştərək (Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə birlikdə təsis edilmiş) hüquqi şəxslər, 10 min 851-i tam xarici investisiyalı müəssisələr, o cümlədən 2 705-i xarici şirkətlərin Azərbaycan Respublikasında yaradılmış filial və ya nümayəndəliyidir.

Qeydiyyatda olan xarici investisiyalı kommersiya qurumundan 10 338-i (76 faiz) məhdud məsuliyyətli cəmiyyət, 2 705-i (19,9 faiz) xarici şirkətlərin Azərbaycan Respublikasında yaradılan filial və ya nümayəndəliyi, 123-ü (0,9 faiz) səhmdar cəmiyyət və 407-si (3 faizi) digər təşkilati-hüquqi formalardadır.

2018-ci ilin yekunları ilə müqayisədə aktiv xarici investisiyalı qurumların sayı 44,8 faiz artıb. Müqayisə edilən dövrdə aktiv xarici investisiyalı qurumlardan ƏDV ödəyicisi olanlarının sayı isə 250 vahid və ya 11,1 faiz artıb.

2019-cu il ərzində Azərbaycanda dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 37,5 faizi Pakistanın, 17,2 faizi İranın, 13,6 faizi Türkiyənin, 7,7 faizi Hindistanın və 3,7 faizi Rusiyanın fiziki və hüquqi şəxsləri tərəfindən təsis edilib.

2020-ci il yanvarın 1-nə dövlət qeydiyyatında olan xarici investisiyalı kommersiya qurumlarının 40,4 faizi xidmət, 25,4 faizi ticarət, 10,8 faizi tikinti, 9,9 faizi sənaye, 2,7 faizi rabitə, 2,6 faizi nəqliyyat, 2 faizi kənd təsərrüfatı, 1 faizi maliyyə, 5,3 faizi digər sahələrdə fəaliyyət göstərirlər.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 683