hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Azərbaycanda qorxunc hadisə - MƏKTƏBLİLƏR ÖLDÜ

Azərbaycanda qorxunc hadisə - MƏKTƏBLİLƏR ÖLDÜ

Dünən günorta saatlarında Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2 nəfərin axtarışları davam etdirilir.

Publika.az-ın əldə etdiyi məlumata görə, dənizdə boğularaq ölən şəxslər yeniyetmə olublar.

Belə ki, orta məktəb şagirdi olan 4 dost dənizə çimməyə gediblər. Dənizin dalğalı olması ilə bağlı xəbərdarlıq edilsə də, onlar üzməyə başlayıblar. Bu zaman güclü dalğa yeniyetmələri sahildən uzaqlaşdırmağa başlayıb. Ərazidə olan şəxslərin köməkliyi ilə yeniyetmələrdən ikisi xilas edilib. 15 yaşlı digər iki nəfər isə suda batıb.

Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Cebhe.info


Oxunma sayı: 870