hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Azərbaycanda şirkət rəhbərlərində devalvasiya qorxusu yaranıb: “Təbii ki, məzənnə dəyişəcək, ancaq...”

Azərbaycanda şirkət rəhbərlərində devalvasiya qorxusu yaranıb: “Təbii ki, məzənnə dəyişəcək, ancaq...”

Xəbər verdiyimiz kimi, 8 iyunda “PwC Azərbaycan” şirkəti “Azərbaycanda 4-cü İllik CEO Sorğusunun” təqdimatını keçirib.

Sorğunun əsas nəticələri CEO-lar və rəhbər işçilər, dövlət rəsmiləri və diplomatların iştirak etdiyi tədbirdə şirkətlərə və media nümayəndələrinə təqdim edilib.

Azərbaycanda CEO Sorğusu, İllik Qlobal CEO Sorğusunun bir hissəsidir və son 24 ildə bütün dünyada minlərlə şirkət rəhbərinin iştirak etdiyi ən önəmli PwC sorğusudur. Qlobal və MŞA həmkarları ilə müqayisədə yerli respondentlər valyuta məzənnələrindəki dəyişkənlikdən daha çox narahatdır.

Belə ki, Azərbaycandakı şirkət rəhbərlərinin 54%-i bu təhlükədən (2020-ci ildə 32% idi) olduqca narahatdır. Təəccüblü deyil ki, Azərbaycandakı CEO-ların 49%-i strateji risklərin idarə edilməsi fəaliyyətlərində məzənnə dəyişkənliyini nəzərə alıblar.

Maraqlıdır ki, onların narahatlığının əsası varmı?

Cebhe.info-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, məzənnələr dəyişə bilər:

“Təbii ki, valyuta məzənnəsi dəyişəcək. Mümkün deyil ki, sabit məzənnə rejimi uzun zaman davam eləsin. Azərbaycan bir dəfə bunun ağrı-acısını çəkib. 2014-cü ildən 2016-cı ilə qədər sabit məzənnə rejimi qaldı və bu, daha sonra fəsadlara yol açdı.

İndi də 5-ci ilə keçir ki, yenə sabit məzənnə rejimidir. Nəticə etibarilə də hamıya məlumdur ki, bunu uzun zaman eyni qaydada saxlamaq mümkün olmayacaq.

Sadəcə bizdə bu məsələ inzibati qaydada tənzimləndiyindən, bunun nə vaxt baş verəcəyini söyləmək mümkün deyil. Bu gün belə təhlükə yoxdur. Çünki neftin qiymətləri də kifayət qədər yüksəkdir, gələn valyuta ehtiyatları da kifayət qədər artıb. Lakin bu bir müddət sonra bu təhlükənin olmayacağı anlamına gəlmir. Məcburən məzənnədə müəyyən dəyişikliklərə getmək ehtiyacı yaranacaq”.

Naibə
Cebhe.info


Oxunma sayı: 2663