hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0242
  • EURO - 1.8927
  • NEFT - 37.65
  • clouds-weather

Azərbaycanda spirtli içkilərin satışına məhdudiyyət qoyulur? – QHT sədri Nazirlər Kabinetinə ÇAĞIRIŞ ETDİ

Azərbaycanda spirtli içkilərin satışına məhdudiyyət qoyulur? – QHT sədri Nazirlər Kabinetinə ÇAĞIRIŞ ETDİ

Rusiya Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeniy Bryun koronavirusla baglı karantin müddətində bütün ölkə ərazisində spirtli içkilərin satışına məhdudiyyət qoyulması ilə bağlı təklif irəli sürüb.

Narkoloq qeyd edib ki, spirtli içkilər və tütün məmulatları infeksiya xəstəlikləri zamanı orqanizmə pis təsir göstərir. Bu isə kütləvi zəhərlənmələrə və ailədaxili münaqişələrin, eləcə də cinayətlərin artmasına səbəb ola bilər.

Qeyd edək ki, artıq Azərbaycanda da insanlar koronavirusdan qorunmaq üçün normadan artıq spirtli içki qəbul edirlər.

Bu baxımdan Azərbaycanda spirtli içkilərin satışına məhdudiyyət qoyula bilərmi?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında deyib ki, belə bir məhdudiyyətin qoyulması zəruridir və mütləqdir:

“Hazırkı vəziyyətdə başqa ölkələrin təcrübəsi də göstərir ki, evdə oturmaq, guya stresi azaltmaq, yaxud virusdan qorunmaq məqsədilə əhalinin spirtli içkiyə meyili təxminən 20 faiz artıb. Bu, gələcəkdə çox ciddi problemlərə, həmçinin təhlükəli spirtli içkilərin meydana çıxmasına gətirib çıxara bilər. Güman olunur ki, bu proses artıq gedir. Sizin sayt vasitəsilə çağırış və təklif edirəm ki, Nazirlər Kabineti mütləq qərar versin. Spirtli içkilərin satışının vaxt və miqdar məhdudiyyəti barədə bir iş görülməlidir. Əlavə olaraq spirtli içkilərə aksiz vergisinin qaldırılmasını da təklif edərdim ki, əlçatanlıq azaldılsın. Ölkədə təhlükəli spirtli içkilərin mövcud olması barədə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi il yarım öncə əhəmiyyətli əməliyyat keçirdi. Mütləq Nazirlər Kabineti bu işə nəzər salmalıdır. Ayrıca qeyd olunan məsələ DİN-ə həvalə edilməlidir. Çünki Qida Təhlükəsizliyi Agentliyi bunun öhdəsindən gələ bilməz. Bu, çox vacib bir məsələdir. Əhalinin spirtli içkilərə tələbatının artması ilə bağlı Azad İstehlakçılar Birliyinin “qaynar xətt”inə çoxsaylı müraciətlər daxil olur. Hətta bu gün gələn telefon zəngində guya 95 faiz spirt adı altında Biləsuvarda istehsal olunmuş məhsulun əslində əsl spirt olmadığı bildirildi”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 7712