hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Azərbaycanda tikintiyə qadağa gələ bilər: “Şirkətlər əlavə xərc çəkməmək üçün infrastruktur yaratmaq istəmir”

Azərbaycanda tikintiyə qadağa gələ bilər: “Şirkətlər əlavə xərc çəkməmək üçün infrastruktur yaratmaq istəmir”

Rusiyada tikintidə yeni qadağa tətbiq olunacaq.

Sosial infrastruktur- məktəb, xəstəxana, uşaq bağçası, poliklinika olmadan yeni mikrorayonların, yaşayış massivlərinin tikintisinə icazə verilməyəcək. 

Bununla bağlı artıq Dövlət Dumasında müvafiq qanunvericilik aktlarına dəyişiklik nəzərdən keçirilir. 

Azərbaycanda tikintidə bu sahədə ciddi boşluq var. Yeni salınan yaşayış məntəqələrinin çoxunda infrastruktur tam  formalaşmır. Daha doğrusu, bununla bağlı layihənin icra edilməsində müəyyən süni əngəllər yaradılır. Tikinti mütəxəssislərinin fikrincə, yaşayış massivlərinin tikintisinə o zaman icazə verilməlidir ki, həmin məkanda insana lazım olan bütün sosial infrastrukturlar əlçatan olsun. 

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, əslində dünyanın inkişaf etmiş ölkələrində sosial infrastruktur olmadan tikintiyə icazə verilmir:

“ABŞ-da, Avropa ölkələrində, Yaponiyada bu qaydalar çoxdan qəbul edilib. Hansısa yeni yaşayış massivinin tikintisi ifrastrukturla başlayır. Azərbaycanda bununla bağlı ümumi bazada hər hansı bir göstəriş yoxdur. Hesab edirəm ki, qanunvericilikdə maddə olmasa belə, yeni yaşayış massivi salınmamışdan əvvəl onun ifrastrukturu barədə düşünülməli və yaradılmalıdır. Təbii ki, bunun qanunvericiliyə salınması önəmlidir. Hazırda yeni yaşayış massivləri salan şirkətlər əlavə xərc çəkməmək üçün ifrastruktur yaratmaq istəmirlər. Ora köçən əhali də bundan əziyyət çəkir. Rusiya və digər ölkələrdə normal tətbiq edilən bu məsələnin hüquqi bazasının Azərbaycanda da tətbiqi vacibdir. Bu, yaxşı innovativ qanunvericilik bazasının formalaşmasına nümunədir. Sovet dövründə bu qayda dövlət tərəfindən həyata keçirilirdi və qəbul edilmiş bir norma idi. Çünki özəl sektor yox idi. Amma indi bu işləri özəl sektor həyata keçirir. Bu baxımdan, qanunvericilikdə buna mütləq göstəriş olunmalıdır”.

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1277