hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Azərbaycanda turizm sektoru kadrsız qalıb: Pandemiya bitsə də, kadr tapmaq problem olacaq

Azərbaycanda turizm sektoru kadrsız qalıb: Pandemiya bitsə də, kadr tapmaq problem olacaq

Dünya nizamını dəyişən yeni növ koronavirus pandemiyasının böhrana uğratdığı sahələrdən biri də turizm sektorudur.

Belə ki, ötən il Azərbaycanda da mövcud olan karantin rejiminə görə turizm sektoruna ən çox zərbə alan sahə olub.

Hazırda isə ötən ilə nisbətən daha yumşaq olan pandemiya şərtləri bir çox sahələr ilə yanaşı, turizm sahəsini də böhrandan çıxarmağa fürsət yaradıb.

Maraqlıdır, bu il Azərbaycanda turizm sektorunu nə gözləyir? Turizmi böhrandan necə xilas etmək olar?

Cebhe.info-ya danışan turizm eksperti Müzəffər Ağakərimovun sözlərinə görə, mövsümün başlaması üçün pandemiya səngiməlidir:

“İlk növbədə təbii ki, yay aylarında daxili turizm sektoru inkişaf edə bilər. Digər turizm növləri- getmə turizm, ya da gəlmə turizm növündən danışmaq üçün hələ tezdir”.

Ekspert qeyd edib ki, turizmi böhrandan xilas etmək üçün yeni layihələr hazırlamaq lazımdır:

“Böhrandan xilas olmaq üçün mütləq turizm qurumları planlaşdırma aparmalı, layihələr təqdim etməlidir. Demək olar ki, yeni turizm növlərini müasir dövrə və şəraitə uyğun təkmilləşdirilməlidir. Eyni zamanda, kadr potensialına da yenidən baxmaq lazımdır. Çünki pandemiya zamanı turizmdən ayrılıb başqa sahələrdə çalışan kadrlar da var”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1541