hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı - XƏBƏRDARLIQ

Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı - XƏBƏRDARLIQ

Azərbaycanda uşaqlar arasında yeni yoluxucu xəstəlik yayılıb.

Lent.az-ın məlumatına görə, virusun əsas simptomları qızdırma və bəlğəmli öskürəkdən ibarətdir.

Mövzu ilə bağlı saytımıza açıqlama verən pediatr Məhsəti Əfəndizadə bunu təsdiqləyib. O bildirib ki, hazırda yayılan infeksiya ilə bağlı müraciətlərin sayı çoxdur:

“Sözügedən virus yoluxucudur və daha çox 2-12 yaş arası uşaqlarda qeydə alınır. Sağalma müddəti isə dəyişkəndir. Bəzi uşaqlar 2-3 günə, bəziləri isə daha uzun müddətə sağala bilirlər.

Valideynlərə məsləhətim bundan ibarətdir ki, qızdırma ancaq 38-i keçərsə, hərarət salıcı dərmanlardan istifadə etmək lazımdır. Bundan başqa, əgər uşağın vəziyyətində stabilləşmə olmazsa, həkimə mütləq müraciət edilməlidir”.

Cebhe.info


Oxunma sayı: 595