hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

"Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin əksəriyyəti çoxuşaqlıdır"

"Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin əksəriyyəti çoxuşaqlıdır"

"Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada "ölkədə "uşaq pulu" verilmir" məntiqini qəbul etmirəm. Ona görə də ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub. Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur".

Cebhe.info xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, "Azərbaycanda "uşaq pulu" verilmir" fikrini səsləndirmək doğru deyil: "Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır. Siz bunu "uşaq pulu" formasında ifadə edirsinizsə, o zaman bu, araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər. Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur". (Report)

Cebhe.info


Oxunma sayı: 441