hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycanda üzüm istehsalı artıb

Azərbaycanda üzüm istehsalı artıb

2019-cu ilin məlumatlarına əsasən Azərbaycanda üzüm əkmələrinin sahəsi 16.1 min hektar olub. Ümumi üzüm əkmələrinin 14.5 min hektarı və ya 90.2%-i bar verən yaşdadır. Cəmi çoxillik əkmələrin sahəsində üzümlüklərin payı 7.1% olub.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 2010-cu ilə nisbətən 2019-cu ildə üzüm istehsalı 55.8% artmışdır. 2019-cu ildə üzüm istehsalı 2015-ci ilə nisbətən 44.7 min ton və ya 28.5% artaraq 201.8 min ton olub.

2010-2019-cu illər ərzində üzümün məhsuldarlıq səviyyəsi 40.3% artıb. 2015-ci ilə nəzərən 2019-cu ildə üzümün məhsuldarlığı 21.0% artaraq 104.8 sent/ha olub.

2016-2019-cu illərdə Azərbaycandan üzüm ixracı 4.1 min tondan 4.2 min tona qədər artıb.

Azərbaycandan üzümün əsas ixrac bazarı Rusiyadır.

2019-cu ildə üzüm ehtiyatlarının 41.1%-i ərzaq məhsullarının istehsalı üçün, 53.9%-i isə ərzaq məhsulu kimi emal edilmədən istifadə edilmişdir.

Cebhe.info


Oxunma sayı: 1783