hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Azərbaycanda veteranlara Rusiyadan dəfələrlə artıq maddi yardım verilir

Azərbaycanda veteranlara Rusiyadan dəfələrlə artıq maddi yardım verilir

Rusiyada İkinci Dünya Müharibəsi veteranlarına ödənilən birdəfəlik maddi yardım digər sabiq SSRİ ölkələrindən də aşağı olub.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Belə ki, Pensiya Fondunun məlumatına görə, İkinci Dünya Müharibəsinin 33 minə yaxın əlil və ya iştirakçısına Qələbə günündə 10 min rubl, yəni təqribən 226 manat birdəfəlik müavinət veriləcək.

Ancaq Qazaxıstanda bu məbləğ dəfələrlə artıqdır. Belə ki, paytaxt Nur-Sultanda 25 müharib veteranı yaşayır ki, onların hər birinə Rusiyadakından 17 dəfə artıq vəsait ödəniləcək.

Özbəkistanda bu məbləğ Rusiyadan artıqdır. Prezident Şövkət Mirziyoyevin imzaladığı sərəncamla İkinci Dünya Müharibəsi iştirakçıları və əlillərinə Rusiyadakından 8,6 dəfə artıq müavinət veriləcək.

Azərbaycanda da bu rəqəm Rusiyadan dəfələrlə artıqdır. Beelə ki, aprelin 29-da Prezident İlham Əliyev “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1376