hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

Azərbaycanda virus mutasiyaya uğrayıb?

Azərbaycanda virus mutasiyaya uğrayıb?

“Azərbaycandakı yeni növ koronavirusun mutasiyası ilə bağlı araşdırmalar aparılmayıb”.

Cebhe. info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Y. Qarayeva bildirib ki, koronavirusla bağlı mutasiyaların baş verməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də bildirilir: “Bütün bunlar qarşıda aparılacaq tədqiqatların mövzusudur. İnanıram ki, Azərbaycanda da gələcəkdə virusla bağlı tədqiqatlar aparılacaq”.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda yayılan koronavirusun mutasiyaya uğradığına dair xəbər yayılmışdı.
Xəzər
Cebhe. info


Oxunma sayı: 1882