hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Azərbaycanda yeni pensiya sistemi yaradılır: Nazir anons etdi

Azərbaycanda yeni pensiya sistemi yaradılır: Nazir anons etdi

“Azərbaycanda yeni təqaüd proqramı hazırlanacaq. Bu məsələdə Sovet dövründən qalma ənənələrdən uzaqlaşacağıq”.

Cebhe.info xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, yeni təqaüd proqramı 2015-ci ildən baş verən yenilikləri özündə əks etdirəcək. “Sovet dövründən miras qalan sistemdən uzaqlaşacağıq. Sosial müavinətlər, imtiyazlar sistemində də daha ünvanlı sistem quracağıq. Sosial yardım sisteminin məşğulluqla uzlaşmasına şərait yaradacağıq. Bunun adı sosial dəstək olacaq”.

Nazir qeyd edib ki, özünüməşğulluqla bağlı Dünya Bankı ilə danışıqlar aparılır və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edilir. Məqsəd daha çox insanı əhatə etmək, kiçik biznesin inkişafına təkan verməkdir. Onun sözlərinə görə, əlilliyin müəyyən edilməsi sistemində islahatlar aparılması nəzərdə tutulur: “Bu istiqamətdə qanunvericilik aktları işlənib hazırlanıb. Qanun layihələri Mill Məclisə təqdim edilib”.

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 870