t Azərbaycanda yeni TƏKLİF: Bu şəxslərin əlindən smratfon alınsın
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Azərbaycanda yeni TƏKLİF: Bu şəxslərin əlindən smratfon alınsın

Azərbaycanda yeni TƏKLİF: Bu şəxslərin əlindən smratfon alınsın

“Cəmiyyətdə kütləvi pozğunlaşma təhsil və tərbiyədən geriləmə halları artıb”. 

Cebhe.info xəbər verir ki, bunu siyasi məsələlər üzrə ekspert Kənan Paşayev deyib.

O, bu cür halların azalmasına səbəb olacaq qanunların qəbul edilməsini təklif edib. 

Ekspert Azərbaycanda 2020-ci ildə qəbul edilməsi vacib olan qanunları sadalayıb. “18 yaşına çatmamış şəxslərə smartfon (telefon yox smartfon) və sosial şəbəkələr qadağan edilməlidir. Qanun pozuntularına qarşı sərt cərimələr və cəzalar tətbiq edilməlidir. Gecə klublarına giriş üçün Azərbaycan vətəndaşı olan qızlar 25, oğlanlar isə 23 yaşını tamamlamış olmalıdır. Xarici turistlər üçün məhdudiyyət yoxdur. Spirtli içki satışı üçün məhdudiyyət yaşı 25-ə qaldırılmalıdır. Yetkinlik yaşına yenicə çatmış gənc nəslin sağlamlığına diqqət gərəkdir”, - deyə Kənan Paşayev əlavə edib. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 18162