hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Azərbaycanda yoluxma iki dəfə azaldı: Ölənlərin sayı artdı

Azərbaycanda yoluxma iki dəfə azaldı: Ölənlərin sayı artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 271 834 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3 711 nəfər vəfat edib, aktiv xəstə sayı 25 830 nəfərdir.

Son sutka ərzində 6 763, hazırkı dövrədək isə 2 935 718 test aparılıb.

Cebhe.info xatırladır ki, son günlər yoluxma sayı 2 mindən artıq olurdu. Belə ki, 4 apreldə 2021, 2 apreldə 2361, 31 martda 2237 yoluxma qeydə alınmışdı.

Cebhe.info


Oxunma sayı: 6733