t "Azərbaycanda yoxsulluğun səviyyəsi 4,9 faizə düşüb" - Mikayıl Cabbarov
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

"Azərbaycanda yoxsulluğun səviyyəsi 4,9 faizə düşüb" - Mikayıl Cabbarov

"Azərbaycanda yoxsulluğun səviyyəsi 4,9 faizə düşüb" - Mikayıl Cabbarov

"Azərbaycanda yoxsulluğun səviyyəsi 2001-ci ildə 49 faizdən hazırda 4,9 faizə düşüb". 

Cebhe.info xəbər verir ki, bunu Bakıda Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq çərçivəsini formalaşdırmaq məqsədilə keçirilən seminarda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. 

Nazir bildirib ki, 2016-cı ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Azərbaycan üçün prioritet hesab edilən 17 məqsəd, 88 hədəf göstərici seçib: 

"Bu hədəflər üzrə hazırlanan dövlət proqramları milli fəaliyyət proqramlarına inteqrasiya edilib. DİM-lərin milli prioritetlərə uyğunluğunu müəyyən etmək üçün sürətli kompleks qiymətləndirmə aparılıb və qiymətləndirmənin nəticəsinə görə, mövcud strateji sənədlərin DİM-lərə uyğunluğu 70 faiz müəyyən edilib". 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 1134