hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Azərbaycandan çıxarılan kapital artıb

Azərbaycandan çıxarılan kapital artıb

2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan 1 milyard 277,9 milyon dollar məbləğində kapital çıxarılıb.

Marja xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.

2020-ci ilin 1-ci rübündə Azərbaycandan 990 milyon dollar məbləğində kapital çıxarılmışdı. Beləliklə, cari ilin 1-ci rübündə Azərbaycandan kapitalın çıxarılma həcmi 29,1% artıb.

2020-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2019-cu illə müqayisədə 38,8% artaraq 4 milyard 472,2 milyon dollar təşkil etmişdi.

Cebhe.info


Oxunma sayı: 815