hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Azərbaycandan Gürcüstana bu il səfər edənlərin sayı açıqlanıb

Azərbaycandan Gürcüstana bu il səfər edənlərin sayı açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 404 028 nəfər təşkil edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Adminstrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkəyə yollanan azərbaycanlı ziyarətçilərin sayı 92 121 nəfər və ya 7% artıb. Bu göstərici ilə Azərbaycan hesabat dövründə Gürcüstana gedən əcnəbilərin sayı baxımından ikinci yeri tutub.

Birinci yerdə 1 406 255 nəfərlə Rusiya, üçüncü yerdə isə 1 230 834 nəfərlə Ermənistandır.

Təkcə noyabr ayında isə Gürcüstan Azərbaycandan 114 657 ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 8 552 nəfər, yaxud 8,1% çoxdur.

Qeyd edək ki, Gürcüstana bu ilin 11 ayında 8 690 352 nəfər, yalnız noyabr ayında isə 670 122 nəfər beynəlxalq ziyarətçi səfər edib.

Cebhe.info


Oxunma sayı: 584