t Azərbaycandan Gürcüstana gedənlərin sayı 12% artıb
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Azərbaycandan Gürcüstana gedənlərin sayı 12% artıb

Azərbaycandan Gürcüstana gedənlərin sayı 12% artıb

Ötən il Azərbaycandan Gürcüstana gedənlərin sayı 2 015 435 nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayı 12% artıb.

Ötən il Gürcüstana qonşu ölkələrdən ən çox Azərbaycandan yollanan olub.

2019-cu ildə Gürcüstan ərazisinə ümumilikdə 9 024 392 nəfər daxil olub ki, bu da illik müqayisədə 8,4% çoxdur. Ziyarətçilərin 4 392 284 nəfəri Gürcüstanda 24 saat və ya daha çox qalıb, 2 010 456 nəfər qonşu ölkəyə tranzit, 2 621 652 nəfər isə digər məqsədlərlə gedib. 

Cebhe.info


Oxunma sayı: 1574