hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı artıb

Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 62 102 ton neft və neft məhsulları idxal edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,3% çoxdur.

Son 1 ildə qonşu ölkənin Azərbaycandan aldığı neft və neft məhsullarının ümumi dəyəri isə 10,6% artaraq 34 milyon 210 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstana 26 mln. 261,8 min dollar dəyərində elektrik enerjisi ixrac edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi elektrik enerjisi məbləğ baxımından 1 milyon 396,3 min dollar və ya 5,6% çoxdur.

Ötən ilin analoji dövründə Gürcüstan Azərbaycandan 24 milyon 865,5 min dollar dəyərində elektrik enerjisi alıb. (Report)

Cebhe.info


Oxunma sayı: 793