hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri cari ilin may ayında 14,2% artıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının aylıq hesabatında bildirilir.

Hesabata əsasən, Azərbaycandan Gürcüstana 1,920 mln. ABŞ dolları həcmində olan köçürmələr ümumi köçürmələrin 1,32%-ni təşkil edib.

“Cari ilin may ayında Gürcüstana Rusiyadan pul köçürmələri 6%, Türkiyədən isə 20% azalıb. Rusiyadan köçürmələrin ümumi köçürmələrin 24%-nə bərabər olub”, - hesabatda qeyd olunub. 

Milli Bankın məlumatında azalmanın yalnız bu iki ölkədən qeydə alındığı bildirilib. Belə ki, köçürmələrdə Polşadan 112%, Qırğızıstandan 307%, Fransadan 55%, Ermənistandan isə 60% artım qeydə alınıb.

Məlumatda həmçinin bildirilir ki, may ayında ölkəyə ümumilikdə 145,8 mln. dollar  məbləğində köçürmələr olub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11,8% çoxdur.

Köçürmələrin 93,9%-i 18 ən böyük tərəfdaş ölkənin payına düşüb.

Cebhe.info


Oxunma sayı: 551