hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Azərbaycandan Varşavaya niyə gedən olmayıb? – ŞƏRH

Azərbaycandan Varşavaya niyə gedən olmayıb? – ŞƏRH

“Polşanın prezidenti Andjey Duda mayın 31-də Azərbaycanda oldu, dövlət başçısı İlham Əliyevlə görüşdü. Polşa Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa önəm verir. Ancaq bu səfərdən 4 gün sonra maraqlı hadisə baş verdi”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşıb:

“İyunun 4-də Varşavada Mərkəzi və Şərqi Avropa ölkələrinin parlament başçılarının 4-cü sammiti keçirildi. Digər ölkələr kimi Azərbaycan təmsilçiləri də toplantıya dəvət olunub, ancaq Bakıdan Varşavaya nümayəndə heyəti getməyib. Ermənistan isə Varşavadakı topantıda parlamentin spikeri Ararat Mirzoyan səviyyəsində təmsil olunub. Təsəvvür edin ki, Polşanın prezidenti Bakıya gəlir, Azərbaycanla əməkdaşlığa önəm verdiyini açıqlayır, ərazi bütövlüyü məsələsində həssaslıq nümayiş etdirir, ancaq Varşavadakı toplantıya gedən olmur, düşmənlərimiz isə dəvətdən istifadə edib gedib Polşada özlərini reklam edirlər, Avropa dövlətlərinin dəstəyini qazanmaq fürsətindən yararlanmağa çalışırlar.

Yeri gəlmişkən, 4 iyunda Polşada ilk azad parlament seçkilərinin 30 illiyi də qeyd olunub. Varşavaya gedənlər həmin tədbirdə də iştirak ediblər. Bəlkə buna görə bizimkilər Varşavaya getmək imtina ediblər. Halbuki həmin seçkilər Şərqi Avropada kommunist rejimlərinin yıxılmasına və SSRİ-nin sonunu yaxınlaşdıran hadisələrdən olub. Varşavanın Azərbaycanla hərbi əməkdaşlığını genişləndirilməsinə, birgə hərbi istehsala mane olmaq istəyənlər barədə də məlumatlar var”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2146