Azərbaycandan pambıq ixracı artıb

Bu ilin yanvar ayında ölkədən 10,4 min ton pambıq lifi və 1,4 min ton pambıq ipliyi ixrac edilib.
Cebhe.info-ya bu haqda Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, ixrac edilən pambıq lifinin dəyəri 14,3 milyon dollar, pambıq ipliyinin dəyəri isə 3,2 dollar olub.
Xatırladaq ki, 2020-ci ilin yanvarında dəyəri 10,5 milyon dollar olmaqla 7,8 min ton pambıq lifi və dəyəri 2,9 milyon dollar olan 1,2 min ton pambıq ipliyi ixrac edilib.
Vilayət Muxtar
Cebhe.info
Oxunma sayı: 551