hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Azərbaycanın siyasi çəkisi və gəlirlərini artıracaq təklif: Ağ Evdən Türkmənistana göndərilən məktub

Azərbaycanın siyasi çəkisi və gəlirlərini artıracaq təklif: Ağ Evdən Türkmənistana göndərilən məktub

“Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Türkmənistan prezidentinə Novruz bayramı münasibəti ilə təbrik məktubu göndərib. Həmin məktub "Neytral Türkmənustan" qəzetində çap olunub, mətndən sitat: "Ümid edirəm ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixracı imkanlarından istifadə edə biləcək".

Bundan başqa fevralın 20-də Avropa İttifaqı Türkmənistana Avropaya qazı Azərbaycan vasitəsi ilə tədarük etməyi təklif edib. Aİ-nin Büdcə və İnsan Resursları Komissiyasının üzvü Günter Ettinger Azərbaycanın mavi yanacaq tranziti üçün infrastruktura malik oldğunu diqqətə çatdırıb. AB ilə Türkmənistan arasında qaz tranziti ilə bağlı texniki komissiya yaradılıb”. 

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

N.Cəfərli hesab edir ki, hər iki xəbər Azərbaycan üçün çox önəmlidir, əgər TransXəzər baş tutsa, ölkəmizin həm siyasi çəkisi, həm də tranzit gəlirləri artacaq: “Ölkəmizin tək özünün qaz ixracı potensialı Avropa üçün maraqlı deyil, AB ölkələrinin illik qaz istehlakı 500 mlrd. m3-dir, Azərbaycan isə təkbaşına Avropaya ildə cəmi 10 mlrd. m3 qaz ixrac edə bilər ki, bu da Avropanın kiçik ölkəsi olan Macarıstanın təlabatını belə ödəmir. Bu ölkənin illik təlabatı11,5 mlrd. m3-dir. Amma Avropa və ABŞ üçün Cənub Qaz Dəhlizi çox önəmlidir, Qərb bu layihə ilə bir neçə məsələni həll etmək istəyir: 

1) Rusiya Avropa qaz bazarında təhlükəli domenant mövqedədir, ildə 150-160 mlrd. m3 qaz satır ki, bu da Avropa istehlakının 30%-nə bərabərdir. Rusiyanın təsirlərini azaltmaq istəyirlər; 

2) ABŞ özü Avropa sıxılmış qaz satmaq istəyir, Amerika qaz hasilatında dünyada 1-ci yerə çıxıb, ildə 60-80 mlrd. m3 qaz satmağa imkanı var, amma bunun üçün Rusiyanın bazar payı tədricən azalmalıdır; 

3) Gələcəkdə İraq, İran (əgər sanksiyalar aradan qalxsa,  qalxacaq da, daim sanksiya rejimi olmur), hətta İsrail qazı da hazır, Azərbaycanın puluna çəkilmiş boru xətlərinə qoşula biləcək, bununla da Cənub Qaz Dəhlizinin illik qaz nəqli potensialı 33-35 mlrd. m3-ə qalxacaq. Beləliklə, Azərbaycan yenə iri, transmilli layihələrin mərkəzində yer alıb, bu məmləkətin sivil dünyaya yumşaq inteqrasiyası, Qarabağ məsələsinin həlli üçün də əlavə fürsət pəncərəsi açır - amma bu fürsətdən yararlanmaq üçün məmləkətin idarəetmə sistemi dəyişməli, demokratik institutlar yaranmalı və oturuşmalı, istehsala dayalı yeni iqtisadi modelə keçid baş verməlidir. Yoxsa Qərb yenə öz maraqları çərçivəsində Azərbaycandan istifadə edəcək, əvəzində isə puldan başqa heç nə verməyəcək. Sonra həmin pulu da əlimizdən alıb əvəzinə heç vaxt istifadə edə bilməyəcəyimiz silah, bahalı uçaqlar, maşınlar, günlük istifadə üçün dərman, ərzaq verəcək - verdikləri pul yenə öz istehsalçılarına geri dönəcək”. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 317