hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Azərbaycanın aprel qələbəsi erməni parlamentində: HESABAT VERİLƏCƏK

Azərbaycanın aprel qələbəsi erməni parlamentində: HESABAT VERİLƏCƏK

Ermənistanın müdafiə naziri David Tonoyan 2016-cı ilin aprel döyüşləri ilə əlaqədar parlamentdə məxfi hesabat verəcək. 

Cebhe.info-nun məlumatına görə, David Tonoyan jurnalistlərə açıqlamasında bildirib ki, əgər Ermənistan parlamentinin müvafiq komissiyası və ictimaiyyətin tələbləri varsa bu araşdırma məqsədəuyğundur. David Tonoyan 2016-cı il aprel müharibəsindən sonra sabiq müdafiə naziri Seyran Ohanyanın əmri ilə başladılmış araşdırmanı Parlament komissiyasına təhvil verməyə hazır olduğunu deyib. “Seyran Ohanyanın əmri ilə araşdırma nazirlikdə qalır. O, komissiyaya təqdim ediləcək. Bu, gizli sənəddir, ekspert analizləridir. O, yalnız parlament komissiyasına təqdim olunacaq”, - deyə nazir bildirib. 

Qeyd edək ki, Ermənistan parlamentində aprel döyüşləri ilə bağlı cəmiyyətdə narahatlıq doğuran məsələləri araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Baş nazirin bununla bağlı təşəbbüsünə qarşı çıxan müxalifət isə hesab edir ki, komissiya bu araşdırmadan keçmiş hakimiyyət nümayəndələrinə təzyiq vasitəsi kimi istifadə edəcək. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 892