hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycanın ən müəmmalı şirkətlərindən biri ləğv olundu - Milyonlarla manat qazanırdı

Azərbaycanın ən müəmmalı şirkətlərindən biri ləğv olundu - Milyonlarla manat qazanırdı

“Bir il əvvəl 14 milyon manat dövlət vəsaiti alan şirkət artıq ləğv olunduğunu elan edib”.

Cebhe.info-nun xəbərinə görə, bunu “Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:

“Ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ("Bakı Telefon Rabitəsi") MMC (“Baktelecom”) qurumu Bakı şəhəri və ətraf ərazilərdə telefonlaşma və internetin inkişafı üçün “DG Telekom” şirkətinə 14 milyon 221,7 min manat ödəmişdi. O zaman heç kimin tanımadığı, yenicə yaranan bir İT şirkətin tenderdə necə qalib olması ilə bağlı müzakirələr də olmuşdu. Şirkət 130 000 abunəçi şəbəkəsinin qurulması və 80 000 mənzillə GPON texnologiyasının tətbiqi ilə bağlı işləri icra etməli idi”.

Osman Gündüz bildirir ki, layihənin icrası ilə bağlı indiyədək hər hansı hesabat verilməyib, görüşlər, müzakirələr təşkil olunmayıb:

“Nə dərəcədə səmərəli olmasını müəyyən etmək üçün hər hansı qiymətləndirmə və monitorinq nəticələri açıqlanmayıb. Vətəndaş cəmiyyəti bu prosesə cəlb edilməyib. Lakin mətbuatda çıxan bir elandan belə qənaətə gəlmək olar ki , “Baktelekom” və “DG Telekom” artıq işlərini bitiriblər. Belə ki, “DG Telekom” 20 iyul 2020-ci il tarixdə bu şirkətin ləğv edilməsi haqqında məlumat yayıb.

Dünyada bu cür ildırım sürətli şirkət yaratma, vəsait əldə etmə və ləğvetmə nümunəsinə rast gəlinməyib. Görəsən, bu cür tələskənliyə ehtiyac vardımı? Ümumiyyətlə, layihə qarşıda qoyulan məqsədlərə çatıbmı? Səmərəsi və faydası nədən ibarət olub? Bu layihənin internetə əlçatımlığa, internetin keyfiyyətinə və qiymətinə təsirləri necə olacaq? Qurulan şəbəkə nə dərəcədə dayanıqlıdır, audit olunubmu, aidiyyəti qurumlar prosesdə iştirak edibmi?”

Ekspert ümid edir ki, NRYTN ölkə üçün mühüm əhəmiyyət kəsb edən və internetin inkişafı ilə bağlı 14 milyonluq bir layihənin icrasının yekunu ilə bağlı maraqlı tərəflərin iştirakı ilə bir görüş keçirib, yekun hesabatı təqdim edəcək.

Xatirə

Cebhe.info


Oxunma sayı: 17194