t Azərbaycanın ət bazarında nə baş verir?
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Azərbaycanın ət bazarında nə baş verir?

Azərbaycanın ət bazarında nə baş verir?

2019-cu il ərzində Azərbaycana xarici ölkələrdən 79 milyon 448 min dollar dəyərində 51 min 546 ton ət idxal edilib. 

Dövlət Gömrük Komitəsinin aylıq hesabatında belə bildirilir. 

2018-ci il ərzində ölkəmizə 70 milyon 75 min dollar dəyərində 47 min 399 ton ət idxal edilmişdi. Beləliklə, ət idxalı dəyər ifadəsində 9 milyon 373 dollar və ya 13,4%, miqdar ifadəsində isə 4 min 147 ton və ya 8,7% artıb. 

Dəyər ifadəsinin miqdar ifadəsindən daha çox artması idxal ətin bahalaşdığına işarədir. 1 ton ətin orta idxal qiyməti 1478 dollardan 1541 dollara qalxıb.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, qiymət artımının səbəbləri rəsmiləşdirmədir:

“Ortalama qiymət götürdükdə 1 kq ətin idxal qiyməti 1,5 dollara düşür. Azərbaycan manatı ilə ifadə etsək təxminən 2 manat 60 qəpik edir. Amma bu, vergilərsiz qiymətdir. Üzərinə həm gömrük rüsumları, həm də 18 faiz əlavə dəyər vergisi gəlir. Təqribən 3 manatdan bir qədər çox olur. Əvvəllər rəsmiləşdirmə ilə bağlı iş adamları və gömrük orqanları arasında istənilən danışıqlara, yaxud anlaşmalara gedilirdi. İndi Gömrük Komitəsində rəsmiləşdirmə artdığı üçün bu, qiymətin də artımına təsir edib. Əvvəllər qeydiyyata alınmamış məhsulların da ölkəyə girməsi mümkün idi. İndi bununla bağlı daha ciddi hesabatlılıq var deyə, həm həcmdə, həm də qiymətdə artım müşahidə olunur”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1112