hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

Azərbaycanın fındığı, çayı, mürəbbəsi Dubayda

Azərbaycanın fındığı, çayı, mürəbbəsi Dubayda

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq ərzaq sərgisi başlayıb.

Cebhe.info xəbər verir ki, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı və un məmulatları, çay, mürəbbə və digər məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.

Fevralın 25-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 518