hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Azərbaycanın G20-də iştirakı: Dəvətə səbəb olan 6 mühüm məqam

Azərbaycanın G20-də iştirakı: Dəvətə səbəb olan 6 mühüm məqam

"Azərbaycan Republikası bu ilin oktyabrın 30-31 tarixində Romada keçiriləcək "Böyük iyirmilik" ölkələrinin zirvə görüşünə dəvət edilib. Hər il dünyanın ən böyük iqtisadiyyatına malik G20 üzvləri ilə yanaşı, sammitə müstəsna halda yalnız planetin iqtisadi-siyasi həyatında xüsusi rola malik digər dövlətlər də dəvət olunur. Bu il də "Böyük iyirmilik" üzvləri ilə birlikdə sammitdə 37 dövlət iştirak edəcək ki, Azərbaycan da bunlardan biridir. 200 dövlət arasından seçilən 17 ölkədən biri olmaq əlbəttə qürurverici haldır".

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Millət vəkili hesab edir ki, bu dəvət özlüyündə bir neçə mühüm məqamdan xəbər verir:

"1. Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq hüququ, eləcə də BMT-ni böyük utancdan xilas edərək, erməni işğalına son qoyub, ərazi bütövlüyünü hərbi yolla bərpa etməklə öz gücünə Təhlükəsizlik Şurasının 28 ildir icra olunmayan qətnamələrinin icrasına nail olub. Nəzərə alsaq ki, bu savaşda Ermənistan tək deyildi, deməli, Azərbaycan bütövlükdə şər blokuna qalib gəlməklə özünü yeni regional güc kimi təsdiqləyib, mövcud vəziyyət isə dünya gücləri tərəfindən qəbullanılıb

2. 44 günlük müharibə nəticəsində Azərbaycan Cənubi Qafqazın deyil, ümumilikdə Egeydən Orta Asiyaya qədər bütöv bir qurşağın gələcək siyasi və iqtisadi simasını müəyyən edərək, yeni əməkdaşlıq platformanın əsasını qoymaqla, bölgənin xabına çevrilib. Bu isə o deməkdir ki, geosiyasi baxımdan müstəsna strateji əhəmiyyətə malik regiona maraq göstərənlər burada istənilən kənar marağın hesablaşmalı olduğu əsas gücün Azərbaycan olduğunu qəbullanıb.

3. Azərbaycan Avropanı davamlı olaraq təhdid edən, yaxud Qərbin hərbi-siyasi və ideoloji konfliklər yaşadığı digər təhcizatçılardan fərqli olaraq, daha etibarlı enerji təminatçısı, beynəlxlaq münasibətlərin əsas prinsiplərinə sadiq qalaraq öhdəliklərinə vicdanla əməl edən, getdikcə güclənən sağlam tərəfdaşdır.

4. Beynəlxlaq münasibətlərin kəskinləşdiyi bir dönəmdə, xüsusən Avropada islamafobiya meyillərinin qabardığı, hətta iqtisadi nəticələrə belə yol açdığı bir vaxtda dinlər və mədəniyyətlərarası dialoqun mərkəzi kimi Azərbaycanın artan rolu və təcrübəsi ilə hesablaşmamaq mümkün deyil.

5. Azərbaycan 2020-ci ildə COVİD 19-la bəşəri mübarizədə özünü beynəlxalq səyləri birləşdirən lider və təşəbbüskar dövlət kimi təsdiqləyib. Təsadüfi deyil ki, əvvəlcə türkdilli dövlətlərin, ardınca Qoşulmama Hərəkatı və yekun olaraq da BMT-yə üzv ölkələrin bu istiqamətdə mərkəzləşmiş fəaliyyəti məhz Azərbaycan tərəfindən təşkil olundu. Habelə, Azərbaycanın özünü qlobal donor kimi təsdiq edərək, qazandığı əhəmiyyətli siyasi tərəfdaşları sayəsində beynəlxalq arenada siyasi proseslərə təsir imkanına malik dünya gücü iddiası kifayət qədər ciddi qəbul olunmağa başlayıb.

6.Ən nəhayət, etiraf etməliyik ki, şəxsiyyət amili müasir dünya siyasətinin kökündə dayanan meyarlardandır. Bu mənada, İlham Əliyev şəxsiyyəti və onun şəxsi nüfuzu Azərbaycanın G20-nin Roma 2021 sammitinə dəvət olunmasında vacib nüanslardan biri kimi nəzərdən keçirilməlidir".

Cebhe.info


Oxunma sayı: 771

Bizim Telegram səhifəmizi izləyin