hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Azərbaycanın icmal büdcəsində 6 milyard manata yaxın qalıq yaranıb

Azərbaycanın icmal büdcəsində 6 milyard manata yaxın qalıq yaranıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin mədaxili 10 405,5 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% və yaxud 590,2 milyon manat çoxdur.

Cebhe.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hesabat dövründə Vergilər Nazirliyindən büdcəyə 3 632,8 milyon manat vəsait daxil olub ki, bu da illik müqayisədə 7,4% və yaxud 250,3 milyon manat çoxdur.

Həmin vəsaitin 70,1%-i və yaxud 2 245,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 1 il əvvələ nisbətən 318,8 milyon manat və yaxud 14,3% çoxdur.

6 ay ərzində Dövlət Gömrük Komitəsindən isə büdcəyə 2 065,2 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% və yaxud 446,2 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 234,4 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 30,9% və yaxud 55,5 milyon manat çoxdur.

Sair daxilolmalar üzrə büdcəyə 60,1 milyon manat vəsait daxil olub. Azərbaycan Dövlət Neft Fondundan isə büdcəyə 4 413,0 milyon manat vəsait transfert edilib.

2019-cu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4 965,8 milyon manat icra olunub.

Bu ilin I yarısında dövlət büdcəsinin xərcləri 10 951,0 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15%faiz və yaxud 1 426,7 milyon manat çoxdur.

İqtisadi təsnifata uyğun olaraq büdcə xərclərinin 36,1%-i və yaxud 3 953,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% və yaxud 328 milyon manat çoxdur.

6 ay ərzində büdcə xərclərinin 5 621 milyon manatı və yaxud 51,3%-i cari xərclər, 3 941,6 milyon manatı və yaxud 36%-i əsaslı xərclər, 1 388,4 milyon manatı və yaxud 12,7%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

2019-cu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5891,8 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 775,5 milyon manat və yaxud 15,2% çoxdur.

Hesabat dövründə Azərbaycanın icmal büdcəsinin gəlirləri 17583,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2467,6 milyon manat və yaxud 16,3% çoxdur. İcmal büdcənin xərcləri isə 11 682 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 milyon manat və yaxud 7,7% çoxdur. İcmal büdcədə 5 901,1 milyon manat qalıq yaranıb.

Cebhe.info


Oxunma sayı: 1112