hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycanın Mərkəzi Asiya siyasəti: "Ermənistana qarşı koalisiyaya qoşmalıyıq”

Azərbaycanın Mərkəzi Asiya siyasəti: "Ermənistana qarşı koalisiyaya qoşmalıyıq”

“Azərbaycan Xarici İşlər Nazirliyin əsas proqramalarından biri Mərkəzi Asiya dövlətləri ilə sıx işləmək, buradakı diaspor və lobbi qruplarını yaratmalıdır. ABŞ, Rusiya və Çin Mərkəzi Asiya uğrunda mübarizə aparır və tərəflərin maraq toqquşması davam edir. Nədənsə, rəsmi Bakı Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa barmaqarası baxır. Məhz onun nəticəsidir ki, Rusiya Ermənistana silahları Qazaxıstan, Türkmənistanın hava məkanından istifadə edərək daşıyır”.

Cebhe.info xəbər verir ki, bu şərhlə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Onun sözlərinə görə, Mərkəzi Asiya etnik və dini baxımından, həmçinin coğrafi olaraq daha bizə yaxındır. Bu ölkələrlə əməkdaşlıq qurmaq daha da uğurlu olar:

“Hətta müttəfiqlik müqavilələri bağlanmalıdır. Mütləq şəkildə XİN bu istiqamətdə fəaliyyətini genişləndirməlidir.

Hazırda Ermənistan Qazaxıstan və Qırğızıstanda fəaliyyətini genişləndirir. Azərbaycan əleyhinə siyasət formalaşdırır. Rəsmi Bakı isə sadəcə bəyanatlarla kifayətlənir. Bu ölkələrlə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq səmərəli deyil. İkitərəfli əlaqələri gücləndirmək lazımdır. MDB, Türk Şurası çərşivəsində siyasət uğurlu nəticə vermir. Ona görə də Mərkəzi Asiya Türk respublikalarına XİN rəhbəri Ceyhun Bayramovun səfəri zəruridir. Ardınca prezidentin səfərinə ehtiyac var.

Mərkəzi Aiya ölkələrinin tam dəstəyinə ehtiyac var. Bu ölkələri Ermənistan əleyhinə koalisiyaya qoşmalıyıq. Türkiyəni də bu prosesə cəlb etmək lazımdır. Ötən ay Qazaxıstanla Ermənistan arasında neft sahəsində müqavilə imzalandı. Göründüyü kimi, Qazaxıstan kimi böyük bir türk dövləti Ermənistanla münasibətlərini istiləşdirir. Bu, rəsmi Bakının Mərkəzi Asiya siyasətinin fiaskosuna gətirə bilər. Dünya gücləri Mərkəzi Asiyaya nəzarət uğrunda mübarizə aparır, Ermənistan başımızın üzərindən bu ölkələrlə siyasi-iqtisadi əlaqələri möhkəmləndirir. Rəsmi Bakı isə hələ ki, gözləmə mövqeyindədir.

Xarici İşlər naziri Ceyhun Bayramova müraciət edirəm. Proseslər ölkəmizin əleyhinə işləyir. Türkiyəyə ilk səfərdən sonra, növbəti səfər Mərkəzi Asiya türk dövlətlərinə olmalıdır. Siyasi nizam sürətlə dəyişir və Ermənistanın Mərkəzi Asiya siyasətinin qarşısını almalıyıq. Bu istiqamətdə də siyasəti prezidentin üstünə yıxmalıyıq? Xarici İşlər nazirliyinin öz konsepsiyası olmalıdır. Milli Cəbhə Partiyası olaraq bizim əsas hədəflərimizdən biri xarici siyasətdə türk dilli ölkələrlərlə əlaqələri keyfiyyətcə qurmaqdır”, - deyə politoloq əlavə edib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 12750