hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycanın prezidenti olmuş şəxs deputat seçkisinə qatılacaq

Azərbaycanın prezidenti olmuş şəxs deputat seçkisinə qatılacaq

"Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik. 

Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var.

Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var".

Cebhe.info xəbər verir ki, bunu Müsavat başqanı Arif Hacılı deyib. O bildirib ki, həftə sonunadək siyahı açıqlanacaq: "Azərbaycan parlamentinin görmək istədiyimiz möhtəşəm tərkibi, dairələr üzrə adaylarımızın tam siyahısı elan ediləcək. 

Dövlətimiz və millətimiz üçün xeyirli, uğurlu olsun".

A.Hacılının "prezident olmuş" dediyi şəxsin İsa Qəmbər olduğu bildirilir. Îsa Qəmbər parlamentin spikeri olduğu dövrdə ölkəyə rəhbərlik edib.

Cebhe.info


Oxunma sayı: 6293