t Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi artıb
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi artıb

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi artıb

Ötən il ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3.022.046,0 min ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 471.13,93 min dollar və ya 18,5 faiz çoxdur.

Dövlət Gömrük Komitəsindən Cebhe.info-ya verilən məlumata görə, hesabat dövründə ixracın həcmi 66.084,78 min dollar və ya 9,9 faiz artaraq 731.826,2 min dollar, idxalın həcmi isə 405.055,15 min dollar və ya 21,5 faiz artaraq 2.290.219,8 min dollar təşkil edib. Göründüyü kimi, 2019-cu ilin yekunlarına əsasən idxal ixracı 3,1 dəfə üstələyib.

Hesabat dövründə 1.558.393,6 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2018-ci il ilə müqayisədə 338.970,37 min dollar və ya 27,8 faiz çoxdur.

Yeganə
Cebhe.info


Oxunma sayı: 584