hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

Bu ilin aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 49 117,5 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, ehtiyatlar 2020-ci ilin ÜDM-nin 115,3%-nə bərabər olub.

Xatırladaq ki, cari ilin 29 yanvar tarixində faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB sədri Elman Rüstəmov bildirmişdi ki, Azərbaycanını strateji valyuta ehtiyatları yanvarda 0,3% artaraq 51,4 mlrd. dollara çatıb.

Qeyd edək ki, Asiya İnkişaf Bankının yenilənmiş proqnozlarına əsasən, bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 0,4% artaraq 50,1 mlrd. ABŞ dollarına çatacaq.

Cebhe.info


Oxunma sayı: 1684