hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Azərbaycanın Türkiyədəki səfirləri: Kimi həbsdə, kimi də…- BİZİM TƏQDİMAT

Azərbaycanın Türkiyədəki səfirləri: Kimi həbsdə, kimi də…- BİZİM TƏQDİMAT

Xəbər verdiyimiz kimi, Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın İstanbulda baş konsulu təyin edilib.

Nərminə Mustafayeva daha əvvəllər jurnalist kimi fəaliyyət göstərib. Belə ki, o, 90-cı illərin sonu-2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub.

Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanının telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib.

Bəs indiyədək Azərbaycanın Türkiyədə neçə səfiri olub və onlar kimlərdir?

Cebhe.info xəbər verir ki, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətində səfirliyi 5 avqust 1992-ci ildə təsis edilib və Ankara şəhərində yerləşir.

*Müstəqillik dövründə Azərbaycanın Türkiyədəki ilk səfiri Məmməd Əliyev olub. O, 18 sentyabr 1942-ci ildə Azərbaycan Respublikası Tovuz şəhərində qulluqçu ailəsində anadan olub. 1969-cu ildən 1991-ci ilə kimi Bakı Dövlət Universiteti Fizika fakültəsinin “Bərk cisimlər fizikası” kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrində işləyib. 1992-2005-ci illərdə Azərbaycan Respublikasının Ankaradakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.

2005-2010-cu illərdə Azərbaycan Respublikasının Madriddəki səfiri olub.2010-2011-ci illərdə Azərbaycan Respublikasının XİN-də idarə rəisi vəzifəsinə təyin edilib. 2011-2013-cü illərdə XİN-də xüsusi tapşırıqlar üzrə səfir vəzifəsini icra edib. 2015-ci ildən indiyə qədər Bakı Dövlət Universiteti Fizika fakültəsinin “Bərk cisimlər fizikası” kafedra müdiridir.

*2005-2010-cu illərdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyəti səfiri Zakir Həşimov olub. O, həmçinin, müxtəlif illərdə Azərbaycanın Makedoniya və Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.

*2010-2016-cı illərdə bu vəzifənin icrası Faiq Bağırov icra edib. F.Bağırov 1962-ci il noyabrın 13-də Bakıda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirib. 1983–cü ildə Sovet İttifaqında hərbi tərçüməçi, 1984-1986-cı illərdə isə baş hərbi tərcüməçi kimi çalışıb. 1986-1988-ci illərdə Bakıda Xarici Tələbələr Şurasında mütəxəssis olub. Daha əvvəllər isə o, Azərbaycan Respublikasının Misirdəki fövqəladə və səlahiyyətli səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrini icra edib.

Keçmiş səfir, XİN-in Konsulluq idarəsinin rəisi olmuş Faiq Bağırov bu il 10 iyulda Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

*Hazırda Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimdir. O, 2017-ci ildə bu vəzifəyə təyin edilib. Xəzər İbrahim 2007-2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində mətbuat katibi, 2009-2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfirliyinin müşaviri vəzifələrində çalışıb. 2011-2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyin başçısı olub.

Naibə
Cebhe.info


Oxunma sayı: 2531