hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Azərbaycanın və Serbiyanın Xarici İşlər nazirləri telefonla danışıb

Azərbaycanın və Serbiyanın Xarici İşlər nazirləri telefonla danışıb

Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun Serbiya Baş nazirinin birinci müavini və Xarici İşlər naziri İvitsa Daçiç ilə telefon söhbəti olub.

Bu barədə Cebhe.info-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilir ki, mövcud qlobal sağlamlıq böhranı ətrafında fikir mübadiləsi aparan nazirlər, yeni koronovirusla mübarizədə dövlətlərin həmrəyliyinin və qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə məlumat mübadiləsi edərək, Azərbaycan və Serbiya arasındakı siyasi münasibətlərin cari vəziyyətini məmnunluqla qeyd ediblər. Hər iki ölkənin dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qəti mövqeyi nazirlər tərəfindən bir daha səsləndirilib. Bu xüsusda, ikitərəfli sənədlərdə əks olunduğu kimi, hər iki ölkənin prinsipial mövqeyi vurğulanıb. Tərəflər, həmçinin ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə etdilər, gələcəkdə bu münasibətlərin genişləndirilməsi imkanlarının araşdırılmasını qeyd ediblər. Nazirlər təmasların saxlanılmasına razılaşıblar və pandemiya bitdikdən sonra ölkələrə səfərlərin həyata keçirilməsi ilə bağlı qarşılıqlı dəvət mübadiləsini həyata keçiriblər.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 2443