hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Azərbaycanın Xalq rəssamı vəfat etdi

Azərbaycanın Xalq rəssamı vəfat etdi

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tahir Tahirov vəfat edib.

Cebhe.info xəbər verir ki, bununla bağlı teatrşünas-tənqidçi Anar Burcəliyev sosial şəbəkədə məlumat paylaşıb.

Xatırladaq ki, Tahir Tahirov 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib. Bir çox teatr tamaşalarının mahir quruluşçu rəssamı kimi də böyük şöhrət qazanıb. C.Verdinin “Traviata”, C.Rossininin “Sevilya bərbəri”, R.Leonkavallonun “Payatsı”, F.Əmirovun “Sevil” operaları, P.Çaykovskinin “Romeo və Cülyetta”, Q.Qarayevin “Don Kixot”, “Leyli və Məcnun”, T.Bakıxanovun “Xəzər balladası” balet tamaşalarına, A.N.Ostrovskinin “Müdriklər”, İ.Əfəndiyevin “Büllur sarayda”, C.Cabbarlının “Od gəlini”, “Aydın”, S.Vurğunun “Fərhad və Şirin”, N.Həsənzadənin “Pompeyin Qafqaza yürüşü”, H.Orucovun “Bu dünyanın adamları”, B.Vahabzadənin “Cəzasız günah”, Elçinin “Poçt şöbəsində xəyal”, H.Həsənovun “Brüsseldən məktublar” və s. tamaşalara, habelə bir çox dövlət əhəmiyyətli tədbirlərə, yubiley mərasimlərinə uğurlu səhnə tərtibatı verib.

Eyni zamanda rəssamın məşhur opera və balet tamaşaları üçün böyük ustalıqla yaratdığı səhnə geyimlərinin eskizləri də Azərbaycan təsviri sənətinə şöhrət qazandırıb və bir sənətkar kimi doğma Vətəninə sonsuz məhəbbətin təzahürünə çevrilib.

Allah rəhmət eləsin! 

Cebhe.info
 


Oxunma sayı: 573