hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Azərbaycanla sərhədlər nə vaxt müəyyənləşəcək?-Erməni nazir açıqladı

Azərbaycanla sərhədlər nə vaxt müəyyənləşəcək?-Erməni nazir açıqladı

“Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesi hazırda həyata keçirilmir”.

Cebhe.info-nun məlumatına görə, Ermənistanın Xarici İşlər naziri vəzifəsini icra edən Ara Ayvazyan parlamanetdə keçirilən hökumət saatında çıxışı zamanı belə deyib.
O bildirib ki, sərhədin delimitasiyası və demarkasiyası yalnız müvafiq ölkə ilə diplomatik münasibətlər qurulduqdan sonra başlanacaq çox mürəkkəb və uzun prosesdir. Ayvazyan qeyd edib ki, yalnız diplomatik münasibətlər olduğu təqdirdə sərhədlərin delimitasiyası - demarkasiyası üzrə ikitərəfli komissiya yaratmaq mümkün olacaq ki, bu da metodologiyanı hazırlayacaq və razılaşdıracaq. Bu metodologiyaya əsaslanaraq müvafiq işlər aparılacaq.

“Bu, olduqca uzun müddətdir. Hal-hazırda baş verənlər isə delimitasiya və demarkasiya çərçivəsində deyil, müdafiə və təhlükəsizlik məsələləri ilə bağlıdır”,-deyə Ayvazyan bildirib.
Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1046