hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

Azərbaycanla Türkiyə media ilə bağlı əməkdaşlığı genişləndirəcək

Azərbaycanla Türkiyə media ilə bağlı əməkdaşlığı genişləndirəcək

Milli Məclisdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılır.

Qanun layihəsi yanvarın 19-da parlamentin İnsan hüquqları komitəsində müzakirə ediləcək.

Qeyd edək ki, dekabrın 10-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun imzalayıb.

Cebhe.info


Oxunma sayı: 991