t Azərbaycanlı alim Türkiyədə elmi tədqiqatlar aparıb
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Azərbaycanlı alim Türkiyədə elmi tədqiqatlar aparıb

Azərbaycanlı alim Türkiyədə elmi tədqiqatlar aparıb

Azərbaycanlı alim “Horizon-2020” layihəsi üzrə Türkiyədə elmi tədqiqatlar aparıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Cebhe.info-ya verilən məlumata görə, institutun “Antik dövr arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov Avropa Komissiyasının “Horizon 2020” Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində Türkiyənin İnsan Doğramacı adına Bilkənt universitetində elmi ezamiyyətdə olub.

Ezamiyyət dövründə Natiq Alışov Qafqaz, Bizans və Balkanlarda qədim və orta əsr xristian mədəniyyətinin oxşar və fərqli cəhətləri, xristian cəmiyyətlərinin quruluş və idarəetmə xüsusiyyətləri mövzuları üzrə Ankaradakı Bilkent Universitetinin əsas kitabxanasında araşdırma aparıb. İstanbul Tarix və Arxeologiya Muzeyinə Natiq Alışov səfər əsnasında İstanbul Universitetinin arxeoloqları və tarixçiləri ilə görüşlər keçirilmiş, tədqiqat mövzusu üzrə elmi ədəbiyyatlar toplanıb.

Xatırladaq ki, layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdiri, professor Karl Kaiserdir. Layihənin Azərbaycan üzrə milli koordinatoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiya” şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur.

Xatirə
Cebhe.info


Oxunma sayı: 485