t Azərbaycanlı ana lesbi qızını zorla Bakıya gətirib, evdə dustaq etdi
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Azərbaycanlı ana lesbi qızını zorla Bakıya gətirib, evdə dustaq etdi

Azərbaycanlı ana lesbi qızını zorla Bakıya gətirib, evdə dustaq etdi

Rusiyanın Krasnoyarks Tibb Universitetində oxuyan 18 yaşlı Sevgiyə İsmayılovanın zorla Azərbaycanda saxlanıldığı iddia olunur.

Cebhe.info Modern.az-a istinadən xəbər verir ki, cinsi orientasiyasına görə, lesbiyan olan azərbaycanlı qızın anası ilə tez-tez konflikt yaşadığını və fiziki şiddətə məruz qaldığı vurğulanır.

Vavilina ana və qohumları evindən 10 dəfə qaçan Sevgiyəni hər dəfə dilə tutaraq evinə qaytardığını iddia edib. Əli sınan ana Sevgiyəyə onunla birgə Bakıya qohumlarının yanına getməyi təklif edir. Sevgiyə isə yanvarın 14-də Krasnoyarska qayıdacağı şərti ilə anası ilə vətəninə gəlir.

Amma Polina Vavilina sevgilisinin Bakıya çatan kimi teleonu və sənədlərinin qohumları tərəfindən əlindən alındığını və qızın ev dustağına çevrildiyini əlavə edib.

“O bəzən gizlincə telefonu götürərək mənə nələrin baş verdiyini yazırdı. Həm də evin ünvanını öyrənərək polisə zəng etməyə çalışıram. Onun qohumlarının yaxşı əlaqələri və çoxlu pulu var”- deyə rus qız yazıb. O, Sevgiyənin anası və qohumları tərəfindən döyüldüyünü və ölümlə hədələndiyini də əlavə edib.  Vavilina Sevgiyənin sənədlərini bərpa etmək üçün Bakıdakı Rusiya səfirliyinə müraciət etdiyini lakin qohumlarının ona mane olduqlarını xatırladıb.

Krasnoyarsk polisi Rusiya vətəndaşı olan Sevgiyə İsmayılova ilə bağlı müraciətin daxil olduğunu və araşdırma aparıldığını təsdiqləyib.

Cebhe.info


Oxunma sayı: 1838