hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Azərbaycanlı bloqqer izləyicisini belə döydü: İşə polis qarışdı - VİDEO

Azərbaycanlı bloqqer izləyicisini belə döydü: İşə polis qarışdı - VİDEO

“Zevs” ləqəbli bloqqer Ruslan Quliyevin izləyicisini döyməsi ilə bağlı yayılan videogörüntülər araşdırılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, sosial şəbəkədə yayılan həmin görüntülər nəzarətə götürülüb:

“Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, R.Quliyev yarım milyondan çox izləyicisi olan “Youtube” kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin videoda “Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşərək onunla söhbət edib, ondan nəyə görə xoşu gəlmədiyini soruşub. Daha sonra söhbət əsnasında “Zevs” masanın üzərində dəmir qabda olan enerji içkisini izləyicisinin başına çırpıb. Ruslan sonradan videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.

İzləyicilər isə bu hərəkəti özbaşınalıq adlandırıb və DİN-dən məsələyə reaksiya verməsini tələb edib.

Nəzərinizə çatdıraq ki, “Zevs” karantinlə bağlı dövlət tərəfindən verilən 190 manatı alıb lazımsız şeylərə sərf etmişdi. Belə ki, o, həmin pula çoxlu qarpız alaraq hamısını məhv etmişdi.

Cebhe.info


Oxunma sayı: 771