hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Azərbaycanlı futbolçu “Spartak”ın əsas heyətindən kənarlaşdırılıb

Azərbaycanlı futbolçu “Spartak”ın əsas heyətindən kənarlaşdırılıb

Rusiyanın “Spartak” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev əsas komandadan kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi “Spartak-2”yə göndərilib.

Buna Ayazın intizamsızlığı səbəb olub. Komanda intizamını pozan soydaşımız mövsümün sonunadək əsas komandadan kənar qalacaq. Onun əvəzinə Konstantin Şiltsov gənclər komandasından əsas heyətə cəlb edilib.

Qeyd edək ki, “Spartak”ın yetirməsi olan Ayaz 2018-ci ilin yayında 500 min avroya “Rostov”a keçsə də, yarım il sonra 1 milyon avroya geri transfer olunub. Cari mövsüm 11 matça çıxan futbolçunun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Cebhe.info


Oxunma sayı: 1343