hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycanlı heykəltaraş şəhid polkovnik İlqar Mirzəyevim barelyefini hazırladı

Azərbaycanlı heykəltaraş şəhid polkovnik İlqar Mirzəyevim barelyefini hazırladı

Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsi, heykəltaraş Təbriz Soltanlı Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan polkovnik İlqar Mirzəyevin barelyefini hazırlayıb.

Cebhe.info xəbər verir ki, onun əl işi sosial şəbəkə izləyiciləri tərəfindən bəyənilib və alqışlanıb. Xatırladaq ki, T.Soltanlı bundan öncə Tovuz döyüşlərində şəhid olmuş general-mayor Polad Həşimovun büstünü hazırlamışdı.

Həmçinin, gənc heykəltaraş indiyədək Əməkdar artist Səməndər Rzayev, Azərbaycan ədəbiyyatının görkəmli şəxsləri Mikayıl Müşfiq və Əhməd Cavadın büstlərini, Milli Qəhrəman Mübariz İbrahimovun heykəlini yaradıb.

Naibə
Cebhe.info


Oxunma sayı: 1585