hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Azərbaycanlı professor ANS-in süjetindən DANIŞDI: "Koronavirusun ştamından söhbət gedir"

Azərbaycanlı professor ANS-in süjetindən DANIŞDI: "Koronavirusun ştamından söhbət gedir"

Məlumdur ki, ANS TV-in koronavirusla bağlı 2013-cü ildə hazırladığı sujet insanlar arasında təşvişə səbəb olub.

Azərbaycan tamşaçıları, izləyiciləri və xüsusən "Facebook" istifadəçiləri arasında həmin süjet birmənalı qarşılanmayıb. Xəstəliyin gizlədilməsi, həmçinin oyun üzərindən insanlara təlqin edilməsi haqqında təkzib dolu məlumatlar xəstəliyin olmaması kimi fikirləri təsdiqləyirdi.

Həqiqətənmi sujetdə COVID-19-dan söhbət gedir? Virus həmin yerdə olubmu?

Mövzu ilə bağlı Sonxeber.az-a Azərbaycanın professoru, tibb üzrə ekspert Adil Qeybulla danışıb:

"Bu süjetdə koronavirusun Mers (MERS-middle east respiratory syndrom) adlanan ştamından söhbət gedir. Yəni Orta Şərq respirator sindromudan. Bu Sarsdan sonra ikinci təhlükəli ştamdır. Üçüncü ştam COVID-19-dur. Həmin dövrdə koronavirusun Mers ştamı Səudiyyə Ərəbistanında yayılmışdı. Bununla bağlı xeyli məlumatlar vardı. Həmin vaxtda virusun yayılması çox olmadı, vaxtında xəstəliyi lokallaşdıra bildilər. Hazırda virusun daha ağır ştamından COVID-19-dan söhbət gedir və bu ştam çox təhlükəlidir. Dünyada pandemiyanın gedişi də bunu göstərir. Əslində, koronavirus 65-ci ildən ilk dəfə soyuqdəyməsi olan xəstələrdə tapılıb. Heyvandan insana keçməsi güman edilib. Sonradan insanlar arasında yoluxucu effekt verib. Bu məlumatlar yeni deyil, faktdır. Sadəcə olaraq, insanları tez-tez marifləndirmək, xəstəliyin tarixi haqqında izahat vermək lazımdır. Yoxsa mistik və məntiqsız söz-söhbətlər, qeybətlər baş alıb gedir".

Cebhe.info


Oxunma sayı: 694