Azərbaycanlı qadın güləşçi yenidən idmana qayıdıb

Azərbaycanlı qadın güləşçi Leyla Qurbanova yenidən idmana qayıdıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, ailə həyatı qurduğu üçün 2 ildən çox idi idmandan uzaqlaşan idmançı yenidən millinin tərkibinə qayıdıb.
Onun qarşıdakı yarışlarda 53 kq çəki dərəcəsində çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü L.Qurbanova sərbəst güləşçi Əli Rəhimzadə ilə ailə qurub.
L.Qurbanova gənclər üzrə dünya çempionu, yeniyetmələrin olimpiya oyunlarının gümüş mükafatçısıdır.
Cebhe.info
Oxunma sayı: 881
Bizim Telegram səhifəmizi izləyin