hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Azərbaycanlı qadınlardan Türkiyədə qeyri-adi oğurluq - FOTO

Azərbaycanlı qadınlardan Türkiyədə qeyri-adi oğurluq - FOTO

Türkiyənin Samsun bölgəsində yerləşən 2 alış-veriş mərkəzindən ümumilikdə 17 mağazadan oğurluq edilib.

Unikal.org xəbər verir ki, oğurluqda şübhəli bilinən 7 Azərbaycanlı saxlanılıb. Onlardan 5-i qadındır.

Şübhəlilərin folqa vasitəsi ilə  həyəcan sıqnalından yayındığı ortaya çıxıb. Girdikləri mağazadan oğurladıqları əşyaların barkot və qurğularına alüminium folqa ilə bağlayaraq siqnaldan yayınıblar. 

Daha bir mağazaya girib öz oğurluq əməllərini törətməyə cəhd edərkən yaxalanıblar. 

Polis əməkdaşları oğruların oğurladıqları, geyim əşyaları, elektronik alət və mətbəx əşyalarını bir avtomobilin içində tapıblar.

Saxlanılanlardan 44 yaşlı M.A adlı qadın məhkəmədən sonra həbsxanaya göndərilib. Bölmədə ifadə verən G.A. (49), K.A. (53), T.H. (50) və L.L. (54) adlı qadınlar, N.Y. (40) və B.L. (29) şəxslər Samsun Məhkəməsinə sövq edilib. 

Cebhe.info


Oxunma sayı: 595