hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Azərbaycanlı qadınları Türkiyəyə "satan" Arifə azadlığa çıxamaq istəyir

Azərbaycanlı qadınları Türkiyəyə "satan" Arifə azadlığa çıxamaq istəyir

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Arifə Abbaszadənin kassasiya şikayəti verib.

Unikal.org xəbər verir ki, Ali Məhkəməyə müraciət edən qadın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməsini istəyir. Şikayıt hakim Gülzar Rzayevanın sədrli ilə araşdırılacaq. Məhkəmə iclası hələlik təyin edilməyib. İttihama görə, A.Abbaszadə Azərbaycan vətəndaşı olan qadını aldadaraq Türkiyəyə aparıb.

O, qadınları Türkiyədə dayə, xadimə və digər bu kimi işlərlə təmin edəcəyinə vəd verib. Lakin qadınları otellərə yerləşdirəndən sonra onların ümumvətəndaşlıq sənədlərini əllərindən alıb. Sonra da qadınları ayrı-ayrı ünvanlarda pul müqabilində kişi müştərilərlə görüşdürüb.

Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Zərərçəkmişlərin şikayəti əsasında A.Abbaszadənin barəsində Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə cinayət işi başlanıb. İstintaq dövründə və birinci instansiya məhkəməsi dövründə onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abbaszadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalındaca həbs edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib.

Cebhe.info


Oxunma sayı: 408